Menyu

Ölkədən 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Operativ Media
Ölkədən 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 124,4 milyon ABŞ dolları dəyərində 15,4 min tondan çox meşə fındığı ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 29,1 faiz və ya 28 milyon dollar, həcm baxımından isə 0,1 faiz və ya 14,5 ton çoxdur.

Cari ilin ilk 10 ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,58 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,17 faizə bərabər olub.

Əlaqəli Xəbərlər