Menyu

Son iki ildə verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

Ayşən Sadıxzadə
Son iki ildə verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 2024–cü il və 2025-ci ilin yanvar-noyabr aylarında ümumilikdə 8480 vətəndaşa 837,7 milyon manat məbləğində ipoteka krediti verilib. 

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. 

Qeyd olunub ki, verilmiş ipoteka kreditlərinin 75 faizi Bakı şəhərinin, 18 faizi Sumqayıt şəhəri və Abşeron rayonunun, qalan hissəsi isə respublikanın digər regionlarının payına düşür. 

Hesabat dövründə ipoteka krediti almaq üçün müvəkkil banklara vətəndaşlardan 23253 müraciət daxil olub.

Əlaqəli Xəbərlər