Fermerlərə verilən güzəştli kreditlərin məbləği açıqlanıb
Operativ Media

Bu ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6420 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Aqrar Tədqiqatlar Mərkəzindən Operativ Media-ya verilən məlumata görə, cari ilin ilk 10 ayında aqrar sektorda fəaliyyət göstərən 4203 müraciət üzrə 81,4 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə kredit alanların sayı 25,1 faiz, kredit məbləği isə 28,4 faiz artıb.
Kredit məbləğinin təyinatı üzrə bölgüsü:
Texnika və avadanlıq təyinatlı kreditlər - 51,1 milyon manat (+5,8 faiz)
Güzəştli kreditlər – 13,8 milyon manat (+13,8 dəfə)
Mikrokreditlər - 16,5 milyon (+17 faiz)