SOCAR Dəməşq Hava Limanını yanacaqla təmin edəcək
Operativ Media
SOCAR ilə “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan Operativ Media-ya bildirilib ki, sənədə əsasən, şirkətlər tərəfindən Dəməşq Hava Limanına aviasiya yanacağının təchizatını həyata keçirəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.
Qeyd edək ki, cari il sentyabrın 6-da SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net