Menyu

SOCAR və “Uzbekneftegaz” "Üstyurd"platosunda birgə kəşfiyyata başlayır

Operativ Media
SOCAR və “Uzbekneftegaz” "Üstyurd"platosunda birgə kəşfiyyata başlayır

Azərbaycanın SOCAR şirkəti və Özbəkistanın “Uzbekneftegaz” dövlət konserni Ustyurt platosunun Özbəkistan ərazisində birgə geoloji-kəşfiyyat işlərinin aparılması barədə anlaşma əldə ediblər.

Operativ Media özbəkistan mediasına istinadən xəbər verir ki, tərəflər gələcəkdə hasil olunacaq karbohidrogenlərin bölüşdürülməsi haqqında razılaşma imzalayıb.

Qeyd olunub ki, Mərkəzi Asiyanın qərbində yerləşən və Qazaxıstan, Türkmənistan və Özbəkistan arasında bölünən Ustyurt platosu 100 milyon ton neft və 35 milyard kubmetr qaz ehtiyatına malikdir.

Yeni layihə çərçivəsində illik 5 milyon ton neft hasilatı nəzərdə tutulur ki, bu da Özbəkistanın hazırkı neft idxalından təxminən 2,5 dəfə çoxdur.

Mövzu ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Əlaqəli Xəbərlər