Azərbaycandan Argentinaya məhsul ixracında artım qeydə alınıb
Operativ Media
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Argentina ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 1,4 faiz artaraq 64 milyon dolları üstələyib.
Operativ Media-ya bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Azərbaycandan Argentinaya ixrac: 6 milyon dollar (+6,8 dəfə)
Argentinadan Azərbaycana idxal: 58 milyon dollar (-6,9 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Argentina ilə ticarətin payı 0,15 faiz təşkil edib.