Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Operativ Media
Bu ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 253,5 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çoxdur.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə cari ilin oktyabr ayında qeyd edilən regiondan ölkəyə 22,8 mindən çox şəxs səfər edib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 71 faiz çox, cari ilin sentyabr ayına nisbətdə isə 0,6 faiz azdır.
2025-ci ilin oktyabr ayında Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə: