"Bavariya" Bundesliqada yeni rekorda imza atıb
Əziz Əzizli
"Bavariya" 2025/26 mövsümündə Almaniya çempionatının 14-cü turunda evdə "Maynts"a qarşı (2:2) 50-ci qolunu vurub.
Operativ Media "Opta"ya istinadən xəbər verir ki, Münhen komandası Bundesliqada yeni qol rekordu qırıb. Turnirin bu turuna kimi heç bir komanda bu qədər qol vura bilməyib.
Bundesliqanın 14 oyununda "Bavariya" cəmi 51 qol vurub və 11 qol buraxıb. Onların 38 xalı var və hazırda turnir cədvəlində birinci yerdədir. Müqayisə üçün, 2024/25 mövsümündə "Bavariya" 14 oyunda 42 qol vurub.
Növbəti turda "Bavariya" dekabrın 21-də səfərdə "Haydenhaym" la qarşılaşacaq .