Menyu

"Barselona" "Borussiya Dortmund"un müdafiəçisini transfer etmək istəyir

Əziz Əzizli
"Barselona" "Borussiya Dortmund"un müdafiəçisini transfer etmək istəyir

"Barselona" qış transfer pəncərəsində heyətinə yeni müdafiəçi cəlb etmək istəyir.

Operativ Media "El Nacional" qəzetinə istinadən xəbər verir ki,  kataloniyalıların baş məşqçisi Hansi Flik müdafiənin mərkəzini gücləndirmək üçün artıq əsas hədəf müəyyən edib və klubun idman rəhbərliyinin dəstəyini alıb.

"Borussiya Dortmund"un alman mərkəz müdafiəçisi Niko Şlotterbek yanvar transfer pəncərəsi üçün əsas namizəd kimi seçilib. Flik hesab edir ki, komandada liderlik keyfiyyətlərinə, nüfuza və cərimə meydançasından hücumlar qura bilən müdafiəçi yoxdur. Sol ayaqlı müdafiəçi məşqçinin tələblərinə tam uyğundur.

"Barselona"nın məşqçilər heyəti Şlotterbeki Pau Kubarsi üçün ideal tərəfdaş kimi görür. Gənc kataloniyalı oyunçunun start heyətində etibarlı mövqeyinə baxmayaraq, Flik onunla yanaşı oynamaq üçün daha təcrübəli, müdafiə xəttinə etibarlılıq və sabitlik qata bilən bir oyunçuya ehtiyac duyduğuna əmindir.

Əlaqəli Xəbərlər