Menyu

"Arsenal" "Milan"ın qapıçısını transfer edə bilər

Əziz Əzizli
"Arsenal" "Milan"ın qapıçısını transfer edə bilər

"Arsenal" "Milan"ın qapıçısı Lorenzo Torriani ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə komandası 20 yaşlı qapıçının "Milan"dakı gələcəyi ilə bağlı italyanların qərarını gözləyir. Onun 2026-cı ilin yanvar ayında mövsümün sonuna qədər B Seriyası komandasına icarəyə verilməsi mümkündür.

Torriani 2025/26 mövsümündə "Milan"ın heyətində D Seriyasında 10 oyunda 12 qol buraxıb. Onun komanda ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

"Transfermarkt" oyunçunun transfer dəyərini 500 min avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər