Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat aldı
Operativ Media
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) - “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.