"Real Madrid" Xabi Alonso ilə yolları ayıra bilər
"Real Madrid" in baş məşqçisi Xabi Alonso tezliklə vəzifəsindən ayrıla bilər. Lakin, Madrid klubu kənardan əvəzləyici axtarmayacaq .
Operativ Media AS-a istinadən xəbər verir ki, Alonso işdən çıxarılarsa, "Real Madrid"in idman direktoru Santyaqo Solari onun mümkün varisi ola bilər .
Qeyd olunur ki, son günlərdə bir neçə agent klubun rəhbərliyinə namizədlərini təklif etməyə çalışıb, lakin açıq bir siqnal alıb: "Real" klub xaricində aktiv şəkildə məşqçi axtarmır
Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayından bəri "Real Madrid"ə rəhbərlik edir. "Los Blancos" son on oyununda üç dəfə məğlub olub və eyni sayda heç-heçə edib, bütün yarışlarda dörd qələbə qazanıb.
La Liqanın cari mövsümünün 17 turundan sonra "Real Madrid" 39 xalla turnir cədvəlində ikinci yerdədir və lider "Barselona"dan dörd xal geri qalır.