"Sabah" Almaniya klubu ilə qarşılaşacaq
Operativ Media
“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirəcək.
Operativ Media xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində “Alba” ilə üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” B qrupunda 6 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 9 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncüdür.