"Mançester Yunayted" Ruben Amorimlə vidalaşa bilər
Əziz Əzizli
İngiltərə Premyer Liqasının 16-cı turunda ev oyunu ərəfəsində "Mançester Yunayted" " Bornmut"u (4-4) məğlub edə bilməyib.
Operativ Media "Indykaila News"a istinadən xəbər verir ki, "Mançester Yunayted" rəhbərliyi baş məşqçi Ruben Amorimin gələcəyi ilə bağlı qərar verib
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq
Ruben Amorim 2024-cü ilin payızında "Yunayted"in baş məşqçisi vəzifəsinə təyin olunub. Portuqaliyalı mütəxəssisin müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
16 turdan sonra "Qırmızı şeytanlar"ın aktivində 26 xal var və onlar Premyer Liqa turnir cədvəlində altıncı yerdədirlər.