FIFA 2025-ci ilin ən yaxşı qolunun müəllifini açıqladı
Operativ Media
Argentinanın "İndependiente" klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-cü il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.
Operativ Media xəbər verir ki, FIFA-nın mətbuat xidməti məlumat yayıb.
O, Argentina çempionatının XVI turunda "İndependiente Rivadavia" ilə matçda vurduğu qola görə təltif edilib.
Qeyd edək ki, namizədlər arasında daha 10 futbolçunun adı yer alıb. Santyaqo Montiel cari mövsüm komandasının heyətində 36 oyunda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.