Menyu

PSJ Mbappeyə 61 milyon avro təzminat ödəyəcək

Əziz Əzizli
PSJ Mbappeyə 61 milyon avro təzminat ödəyəcək

Paris məhkəməsi PSJ-nin keçmiş futbolçusu Kilyan Mbappenin 2024-cü ildə “Real Madrid”ə keçidindən sonra ödənilməmiş əməkhaqqı və bonuslarla bağlı klubu təxminən 61 milyon avro təzminat ödəməyə məcbur edib.

Operativ Media xəbər verir ki, bu haqda "RMC Sports" məlumat yayıb.

2024-cü ilin sentyabrında Mbappenin Madrid klubuna azad agent kimi transferindən sonra Fransa Peşəkar Futbol Liqası (LFP) PSJ-yə 55 milyon avro məbləğində ödəniş etməyi tapşırıb. Həmin ilin oktyabrında bu qərar apellyasiya komitəsi tərəfindən təsdiqlənsə də, Paris klubu qərarın qanuniliyinə etiraz edərək tələbi yerinə yetirməkdən imtina edib və LFP-yə qarşı əks iddia qaldırıb.

2025-ci ilin aprelində məhkəmənin icazəsi ilə proses çərçivəsində klubun hesablarından 55 milyon avro dondurulub. May ayında isə məhkəmə PSJ-nin xeyrinə qərar verərək “ehtiyat tədbiri” kimi tətbiq olunan dondurmanı ləğv edib.

Qeyd edək ki, 26 yaşlı Kilian Mbappe 2017–2024-cü illərdə PSJ-nin formasını geyinib. O, Paris təmsilçisi ilə altı dəfə Fransa çempionu olub və dörd dəfə Fransa Kubokunu qazanıb.

Əlaqəli Xəbərlər