Menyu

FIFA 2025-ci ilin kişilərdən ibarət rəmzi komandasını açıqlayıb

Əziz Əzizli
FIFA 2025-ci ilin kişilərdən ibarət rəmzi komandasını açıqlayıb

2025-ci il üçün FIFA-nın kişilərdən ibarət ilin rəmzi komandasının tərkibi açıqlanıb.

Operativ Media xəbər verir ki, Fransanın PSJ klubunun futbolçuları siyahıda üstünlük təşkil edirlər.

Ən yaxşılar siyahısına PSJ-nin UEFA Çempionlar Liqasında və Klublararası Dünya Kubokunun finalında mühüm rol oynamış altı futbolçusu daxil edilib. Bunlar qapıçı Canluici Donnarumma (sonradan “Mançester Siti”yə transfer olunub), müdafiəçilər Əşrəf Hakimi, Villian Paço, Nuno Mendeş, yarımmüdafiəçi Vitinya və hücumçu Usman Dembeledir.

Rəmzi komandada həmçinin Koul Palmer və 18 yaşlı ispaniyalı vunderkind Lamin Yamal da yer alıb.

FIFA-nın 2025-ci ilin rəmzi komandası:

Qapıçı:

– Canluici Donnarumma (İtaliya)

Müdafiəçilər:

– Əşrəf Hakimi (Mərakeş)

– Villian Paço (Ekvador)

– Vircil van Deyk (Niderland)

– Nuno Mendeş (Portuqaliya)

Yarımmüdafiəçilər:

– Koul Palmer (İngiltərə)

– Vitinya (Portuqaliya)

– Pedri (İspaniya)

– Cud Bellinqem (İngiltərə)

Hücumçular:

– Usman Dembele (Fransa)

– Lamin Yamal (İspaniya)

Seçim 11 avqust 2024-cü il – 2 avqust 2025-ci il tarixləri arasındakı çıxışlar əsasında aparılıb. Rəmzi komanda FIFA tərəfindən futbol ictimaiyyətinin maraqlı tərəfləri ilə məsləhətləşmələr nəticəsində tərtib olunub. Qaliblər FIFA.com saytında qeydiyyatdan keçmiş futbol mütəxəssisləri və azarkeşlərin səsverməsi ilə müəyyən edilib və hər iki qrupun səsləri bərabər çəkili olub.

Seçim proseduruna əsasən komandada mütləq şəkildə 1 qapıçı, 3 müdafiəçi, 3 yarımmüdafiəçi və 2 hücumçu yer almalı idi, qalan yerlər isə ən çox səs toplayan meydan oyunçuları arasında bölüşdürülüb. İlin ən yaxşı futbolçusu seçilən oyunçu avtomatik olaraq rəmzi komandaya daxil edilib.

Əlaqəli Xəbərlər