Messi ilin ən yaxşı futbolçuları və məşqçiləri üzrə seçimlərini açıqladı
Argentina və İnter Mayami millisinin hücumçusu Lionel Messi də FİFA-nın ilin ən yaxşı futbolçusu və məşqçisi üçün səsvermədə iştirak edib.
Operativ Media xəbər verir ki, o, Dembeleni birinci, "Real Madrid"in hücumçusu Kilyan Mbappeni ikinci, "Barselona"nın hücumçusu Lamin Yamalı isə üçüncü yerdə qərarlaşdırıb.
Messinin ilin ən yaxşı 3 məşqçisi aşağıdakılardır: birinci yer - Luis Enrike, ikinci - Hans-Dieter Flik (Barselona), üçüncü - Mikel Arteta (Arsenal).
2024/25 mövsümündə Dembele PSJ-də müxtəlif yarışlarda 53 oyun keçirib və 35 qol vurub. O, Çempionlar Liqasını, UEFA Super Kubokunu, Fransa Premyer Liqasını, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb və FIFA Klublararası Dünya Kubokunun finalına çıxıb. O, əvvəllər "Qızıl Top" mükafatını da qazanıb.