Menyu

"Mançester Siti" qışda iki futbolçusu ilə vidalaşacaq

Operativ Media
"Mançester Siti" qışda iki futbolçusu ilə vidalaşacaq

Qış transfer pəncərəsi zamanı "Mançester Siti"nin iki oyunçusu İngiltərə klubunu tərk edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.

Məlumata görə, söhbət müdafiəçi Riko Lüis və hücumçu Oskar Bobbdan gedir.

Mənbənin verdiyi məlumata görə, "Siti" komandadakı rolu ilə bağlı artan qeyri-müəyyənlik fonunda Luis üçün təklifləri nəzərdən keçirməyə hazırdır.  

Bu mövsüm 21 yaşlı Lüis bütün yarışlarda 12 oyun keçirib və iki məhsuldar ötürmə edib.

 

Bobba gəlincə, "Kristal Pelas" norveçli futbolçu ilə maraqlanır və onu ya icarəyə götürə, ya da transfer edə bilər.

22 yaşlı hücumçu 14 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

Cari mövsümün 16 oyunundan sonra Xosep Qvardiolanın komandası İngiltərə Premyer Liqasında 34 xalla ikinci yerdədir.

Əlaqəli Xəbərlər