Menyu

AFFA rəsmisi FIFA-nın Sessiyasında iştirak edir

Operativ Media
AFFA rəsmisi FIFA-nın Sessiyasında iştirak edir

Qətərin paytaxtı Dohada FIFA Plenar Sessiyası keçirilir. AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Sessiyada və Komitə iclaslarında iştirak edir.

Operativ Media xəbər verir ki, ilk iclas tanışlıq xarakterli olub, məqsədlərin müəyyənləşdirilməsinə, iş prosedurlarının və digər təşkilati məsələlərin razılaşdırılmasına həsr edilib.

Toplantıda qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA layihə və proqramlarının tətbiqi, daha da irəli aparılması məsələləri ilə bağlı müxtəlif tövsiyələr verilir və müzakirələr aparılır.

Əlaqəli Xəbərlər