Menyu

"Milan"ın hücumçusu Ximenes əməliyyat olunacaq

Əziz Əzizli
"Milan"ın hücumçusu Ximenes əməliyyat olunacaq
1 dəq oxu

"Milan"ın hücumçusu Santyaqo Ximenes sağ topuğundan əməliyyat olunacaq.

Operativ Media xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" məlumat yayıb.

24 yaşlı meksikalı sonuncu dəfə oktyabrın 28-də A Seriyasının 9-cu turunda "Atalanta"ya qarşı (1-1) oyunda meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. O, müalicə alıb, lakin həkimlər əməliyyat etmək qərarına gəliblər. Onun sağalması iki aya qədər vaxt aparacaq.

Ximenes 2025/26 mövsümündə bütün yarışlarda 11 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər