Xabi Alonso sevimli futbolçusunu yanına gətirmək istəyir
"Real Madrid" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Operativ Media "Don Balon"a istinadən xəbər verir ki, klub Florian Virtzin mümkün transferini fəal şəkildə müzakirə edir. Alman yarımmüdafiəçinin "Liverpul" da gözləntiləri doğrultmamasına baxmayaraq , "Real Madrid" hələ də onun potensialını yüksək qiymətləndirir.
Rəhbərlik, Alonsonun rəhbərliyi altında " Bayer" də oynayan oyunçunu transfer etmək üçün təxminən 110 milyon avro dəyərində bir müqavilə nəzərdən keçirməyə hazırdır .
Xabi Alonso son oyunlarda türkiyəli yarımmüdafiəçi Arda Gülərə az şans verir. Klub Virts transferinə Arda Güləri qarşı tərəfə satmaq variantını da nəzərdən keçirə bilər.
Arda Güler "Real Madrid"də debüt mövsümündə (2023/24) kubok kolleksiyası toplaya bilib. Türkiyəli yarımmüdafiəçi Madrid klubu ilə İspaniya liqasını, İspaniya Super Kubokunu və Çempionlar Liqasını qazanıb.