Albaniyanın "Partizani" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli həftənin komandasına seçilib.
Operativ Media xəbər verir ki, bu haqda "Onbir" saytı məlumat yayıb.
Vüsal İsgəndərli son turda "Flamurtari" komandasına qarşı 90 dəqiqə meydanda olub. Komandasının 2-1 hesabı ilə qalib gəldiyi oyunda azərbaycanlı hücumçu 1 qol vurmağı bacarıb.