FİFA 2026-cı il Dünya Kuboku üçün rekord məbləğdə mükafat məbləğini açıqlayıb
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası ( FIFA ) ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunun mükafat fondunu əhəmiyyətli dərəcədə artıracaq .
Operativ Media ESPN-ə istinadən xəbər verir ki, Dünya Kubokunun ümumi mükafat fondu 655 milyon dollar olacaq. Hətta qrup mərhələsini keçə bilməyən komandalar belə 9 milyon dollar qazanacaq, finala vəsiqə qazananlar isə 33 milyon dollar qazanc əldə edəcəklər.
Turnirin qalibi həmçinin rekord məbləğdə 50 milyon dollar mükafat qazanacaq.
Müqayisə üçün, Argentina 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda qalib gəldiyi üçün 42 milyon dollar qazanmışdı. Bundan əvvəl, 2018-ci ildə Rusiyada keçirilən Dünya Kubokunda qələbə qazandıqdan sonra Fransa millisi 38 milyon dollar qazanmışdı.