Menyu

Murad Vəliyev: "Narva Trans"a transferim mənim üçün yeni çağırış və yaxşı fürsətdir"

Əziz Əzizli
Murad Vəliyev: "Narva Trans"a transferim mənim üçün yeni çağırış və yaxşı fürsətdir"

"Narva Trans"a transferim mənim üçün yeni çağırış və yaxşı fürsətdir".

Bunu Operativ Media-ya açıqlamasında Estoniyanın "Narva Trans" klubuna transfer olan azərbaycanlı futbolçu Murad Vəliyev deyib.

O, bu keçidin karyerası üçün düzgün olduğuna inanır.

"Klubun planları və mənə olan inam bu qərarı verməyimdə əsas oldu. Bu keçidin karyeram üçün düzgün addım olduğuna inanıram. İndi bütün diqqətim meydanda özümü sübut etməyə yönəlib".

O, "Şamaxı"dakı karyerasından da danışıb.

"Şamaxı dövrü mənim üçün dəyərli təcrübə oldu. Bəzi hallarda oyun vaxtı az idi, amma bu futboldur.  Belə vəziyyətlər baş verir. Rəqabət var, taktiki qərarlar olur. Mən hər zaman işləməyə və hazır olmağa fokuslanmışam. Ayxan Abbasovun marağını isə müsbət dəyərləndirirəm. İndi isə bütün diqqətimi "Narva Trans"dakı karyerama yönəltmişəm".

Qeyd edək ki, Murad Vəliyev Estoniya klubuna "Şamaxı"dan keçib.

Əlaqəli Xəbərlər