Menyu

"Liverpul" Salahın əvəzləyicisini İngiltərədə tapdı

Əziz Əzizli
"Liverpul" Salahın əvəzləyicisini İngiltərədə tapdı

"Bornmut"un cinah yarımmüdafiəçisi Antuan Semenyo " Liverpul" a keçməyə yaxındır.

Operativ Media xəbər verir ki, bu haqda "CaughtOffside" məlumat yayıb.

Mersisaydlılar 25 yaşlı Qanalı cinah oyunçusu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıblar.

Daha əvvəl bildirilmişdi ki, Semenyonun özü İngiltərə Premyer Liqasının digər top klublarının marağına baxmayaraq, karyerasını yalnız "Liverpul"da davam etdirmək istəyir.

Semenyo 2025/26 mövsümündə bütün turnirlərdə 16 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Transfermarkt" Semenyonun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir. O, klubla münasibətləri pisləşdiyindən "Liverpul"un hücum xəttində misirli Məhəmməd Salahı əvəz edə bilər.

Əlaqəli Xəbərlər