Menyu

“Globe Soccer Awards”ın 2025-ci il üçün finalçıları müəyyənləşdi

Operativ Media
“Globe Soccer Awards”ın 2025-ci il üçün finalçıları müəyyənləşdi

“Globe Soccer Awards”ın 2025-ci il üçün müxtəlif nominasiyalar üzrə finalçıları açıqlanıb.

Operativ Media xəbər verir ki, kişi futbolçular arasında mükafata Usman Dembele, Vitinya (hər ikisi PSJ, Fransa), Kilian Mbappe (“Real Madrid”, İspaniya), Rafinya və Lamin Yamal (hər ikisi “Barselona”, İspaniya) iddia edirlər.

Qadın futbolçuların nominasiyasında Aytana Bonmati, Aleksiya Putelyas (hər ikisi “Barselona”, İspaniya), Mariona Kaldentey, Alessia Russo (hər ikisi “Arsenal”, İngiltərə) və Melşi Dümorne (“Lion”, Fransa) finala yüksəliblər.

Ən yaxşı klub nominasiyası üzrə isə “Liverpul”, “Çelsi” (hər ikisi İngiltərə), “Flamenqo” (Braziliya), PSJ və “Barselona” yarışacaq.

Qaliblər səsvermə yolu ilə seçiləcək və onların adları dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Əlaqəli Xəbərlər