Menyu

Filipe Luis Avropada baş məşqçilik etmək istəyir

Əziz Əzizli
Filipe Luis Avropada baş məşqçilik etmək istəyir
1 dəq oxu

"Flamenqo"nun baş məşqçisi Filipe Luis karyerasını Avropada davam etdirmək istədiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu haqda UOL məlumat yayıb.

40 yaşlı braziliyalı mütəxəssisin müqaviləsi 2025-ci ilin sonunda başa çatır.

"Müqaviləm bitir. Hamı bir gün Avropaya qayıtmaq arzumu bilir və mən buna çox hazırlaşmışam. Sabahdan etibarən bundan sonra nə edəcəyimizə qərar verəcəyik", - deyə o bildirib.

Braziliyalı mütəxəssis 2024-cü ilin sentyabr ayından bəri "Flamenqo"nun əsas komandasına məşqçilik edir. Onun rəhbərliyi altında komanda 88 oyun keçirib: 57 qələbə, 21 heç-heçə və 10 məğlubiyyət.

Luis oyunçuluq illərində "Atletiko Madrid", "Çelsi", "Deportivo" və "Ayaks" klublarında oynayıb.

Əlaqəli Xəbərlər