Menyu

ABL: "Quba" "Naxçıvan"a, "Ordu" "Lənkəran"a qarşı

Operativ Media
ABL: "Quba" "Naxçıvan"a, "Ordu" "Lənkəran"a qarşı

Bu gün Azərbaycan Basketbol Liqasının X turunda daha iki görüş baş tutacaq.

Operativ Media xəbər verir ki, B qrupunun hər iki matçı Bakı İdman Sarayında keçiriləcək.

Saat 17:00-da “Quba” “Naxçıvan”la üz-üzə gələcək. “Naxçıvan” 16 xalla ikinci yerdə qərarlaşıb. 13 xala malik “Quba” üçüncüdür.

Günün sonuncu matçında “Ordu” “Lənkəran”la qarşılaşacaq. Bakı klubu 18 xalla qrupda liderdir. 12 xala malik “Lənkəran” dördüncüdür.

Qeyd edək ki, turun açılış matçında “Sərhədçi” “Sumqayıt”a 86:83 hesabı ilə qalib gəlib.

X tura dekabrın 21-də yekun vurulacaq.

Əlaqəli Xəbərlər