Çövkən üzrə Prezident Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib
Operativ Media
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib.
Dövlət Sərhəd Xidmətindən Operativ Media-ya bildirilib ki, Binə Atçılıq Mərkəzində təşkil olunan ilk oyunda “Elit” komandası “Embavud”u 4 cavabsız qolla üstələyib.
Günün ikinci qarşılaşmasında isə “Sərhədçi” “Zəfər” komandasına 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 12-ci Prezident Kubokunun növbəti oyunları dekabrın 20-də keçiriləcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma