"Sabah"ın məşqçisi 4 oyunluq cəzalandırıldı
Operativ Media
AFFA İntizam Komitəsi Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunu cəzalandırıb.
Operativ Media xəbər verir ki, “Sabah”ın U-19 komandasının köməkçi məşqçiliyini edən Yunisoğlu AFFA Gənclər Liqasında “Şamaxı”ya qarşı keçirilən matçda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.
Mütəxəssis bundan sonra hakimi təhqir etdiyi üçün 4 görüşlük diskvalifikasiya edilib.
Qarşılaşmanın fasiləsində “Şamaxı”nın baş məşqçisi Ramiz Hüseynov hakimi təhqir edib və qırmızı vərəqə ilə cəzalandırılıb. O da növbəti 4 matçı buraxmalı olacaq