Azər Bağırov: Planlaşdırdıqlarımız bu gün alınmadı
Əziz Əzizli
"İstədiyimiz meydançada alınmadı".
Operativ Media xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Turan Tovuz"la oyundan sonrs keçirilən mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəblərini açıqlayıb.
"İstədiyimiz meydançada alınmadı. Meydanda kimin olması önəmli deyil. Elə oyunlar olur ki, nə qədər güc itirirsən, amma rəqibin təsirindən çıxa bilmirsən. Mənə elə gəlir ki, bir neçə gün ərzində danışdıqlarımız, planlaşdırdıqlarımız bu gün alınmadı. Bu təbii haldır. Bir neçə oyundan bir belə matçlar olur. İstəməzdik bu gün belə olsun. Amma məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".