İsak İsveçdə 2025-ci ilin ən yaxşı oyunçusu seçilib
Əziz Əzizli
"Liverpul"un hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatını qazanıb.
Operativ Media xəbər verir ki, 2025-ci il təqvim ilində 26 yaşlı İsak "Nyukasl", "Liverpul" və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və dörd məhsuldar ötürmə edib. O, mükafat uğrunda "Arsenal"ın hücumçusu Viktor Gyokoreşi geridə qoyub.
İsak 2025-ci ilin sentyabrında 145 milyon avroya "Nyukasl"dan "Liverpul"a transfer olunub. O, bu mövsüm "Mersisaydlılar"ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədərdir.