Menyu

Voleybol üzrə Yüksək Liqada III turdan təxirə salınmış oyunların vaxtı bəlli olub

Operativ Media
Voleybol üzrə Yüksək Liqada III turdan təxirə salınmış oyunların vaxtı bəlli olub

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti oyunlar dekabrın 22-də keçiriləcək.

Operativ Media xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışlarında III turun təxirə salınmış qarşılaşmaları baş tutacaq.

Kişilərin mübarizəsində FHN-in idman zalında “Xilasedici” və “Azərreyl komandaları qarşılaşacaqlar. Qadınların yarışında isə “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, ilin son qarşılaşmaları saat 17:00-da start götürəcək.

Əlaqəli Xəbərlər