Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Əziz Əzizli
"Bavariya"nın hücumçusu Harri Keyn 15-ci turda "Haydenhaym"a qarşı səfər matçında (4:0) Bundesliqanın yeni rekordunu müəyyənləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı ingilis 90+2-ci dəqiqədə qol vurub. Hazırda onun qol və assist sistemində 100 xalı var — 81 qol və 19 məhsuldar ötürmə. Keyn bu nailiyyətə Bundesliqada cəmi 78 oyunda imza atıb ki, bu da 2004/05 mövsümündə bəri ən az oyundur.
Əvvəlki rekord niderlandlı Aryen Robbenə məxsus idi: ona 100 xal toplamaq üçün 119 oyun lazım olmuşdu ki, bu da Keyndən 41 oyun çoxdur.
Keyn 2025/26 mövsümündə bütün turnirlərdə 25 oyunda 30 qol vurub və 3 məhsuldar ötürmə edib.