Menyu

Rusiya AZAL təyyarəsinin vurulmasını əmr edən Tolopiloya qarşı bütün ittihamları ləğv edib

Operativ Media
Rusiya AZAL təyyarəsinin vurulmasını əmr edən Tolopiloya qarşı bütün ittihamları ləğv edib

Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işinin bağlanması absurdluğuna görə rekordlar qırmağa davam edir.

Operativ Media xəbər verir ki, Minval Politika-nın məlumatına görə, 2 sentyabr 2025-ci ildə keçirilən formal “xüsusi müşavirə”də yalnız gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına dair texniki qərarlar qəbul edilib.

AZAL təyyarəsinin vurulması əmrini verdiyi bildirilən general-mayor Aleksandr Tolopilo ilə bağlı bütün xidməti araşdırmalar dayandırılıb və o, heç bir açıq məsuliyyət daşımadan xidmətini davam etdirib.

Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin ötən ilin sonunda Azərbaycan Prezidentinə istintaqın sona çatdırılacağı və günahkarların cəzalandırılacağı ilə bağlı vəd verib. Lakin məlum olur ki, bu vədlərdən əvvəl Tolopilo ilə bağlı ittihamlar artıq ləğv edilib.

Rusiya İstintaq Komitəsi cinayət işinin bağlanmasına dair açıqlama vermir, Rusiya səfirliyi isə mövzunu şərh etməkdən imtina edib.

Əlaqəli Xəbərlər