Menyu

"Bavariya"nın müdafiəçisi üç həftəlik sıradan çıxdı

Operativ Media
"Bavariya"nın müdafiəçisi üç həftəlik sıradan çıxdı

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Operativ Media xəbər verir ki, son çempionun müdafiəçisi Yosip Stanişiç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı futbolçu Bundesliqanın 16-cı turunun "Volfsburq"la matçında (8:1) zədələnib. 25 yaşlı sağ cinah müdafiəçisinə sağ ayağının topuğunda bağ zədəsi diaqnozu qoyulub. Oyunçunun sağalması təxminən üç həftə çəkəcək.

Qeyd edək ki, Yosip Stanişiç bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər