Menyu

"Qalatasaray" "Milan"ın yarımmüdafiəçisini istəyir

Operativ Media
"Qalatasaray" "Milan"ın yarımmüdafiəçisini istəyir

“Milan”ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını Türkiyədə davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Canluka Di Marzio məlumat yayıb.

Məlumata görə, “Qalatasaray” 27 yaşlı fransız futbolçunun transferində maraqlıdır.

“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 28 milyon avro olaraq qiymətləndirir. Onun “rossoneri” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Fofana bu mövsüm bütün turnirlərdə 20 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər