"The Athletic": Alonso "Real Madrid"dən qovulmasının ədalətsiz olduğunu düşünür
"Real Madrid"in keçmiş baş məşqçisi Xabi Alonso Madrid klubundan qovulmasının ədalətsiz olduğunu düşünür .
Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Alonso istefa xəbərinə cavab olaraq bu fikrini "Real Madrid" rəhbərliyinə bildirib. O, Madrid klubunun oyunçularının "həddindən artıq gücə" malik olduğunu qeyd edib.
Həmçinin bildirilir ki, Alonso "Real Madrid"də olduğu müddətdə oyunçuların münasibətindən və rejimindən, rəhbərliyin dəstəyinin olmamasından, soyunma otağından məlumat sızmasından və heyətin keyfiyyətindən narazı qalıb.
Alonso 1 iyun 2025-ci ildən "Real Madrid"ə rəhbərlik edir. İspaniyalı mütəxəssisin rəhbərliyi altında "Los Blancos" 34 oyun keçirib, 24 qələbə qazanıb, 4 heç-heçə edib və 6 dəfə məğlub olub. 11 yanvarda "Real Madrid" İspaniya Super Kubokunun finalında "Barselona"ya 3-2 hesabı ilə məğlub olub.