Menyu

Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı

Operativ Media
Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Operativ Media xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Srvena Zvezda” və Danimarkanın “Holte IF” komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipaniçev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.

Əlaqəli Xəbərlər