Menyu

"Xankəndi" FK yeni baş məşqçisini açıqladı

Operativ Media
"Xankəndi" FK yeni baş məşqçisini açıqladı

“Xankəndi” futbol klubu baş məşqçi vəzifəsinə yeni təyinatını rəsmən elan edib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, II liqa təmsilçisinin yeni baş məşqçisi 42 yaşlı yerli mütəxəssis Zaur Hacıyev olub.

UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasına sahib olan Zaur Hacıyev uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Çempionlar Liqasında təmsil edib.

Son olaraq Yevlaxın “Karvan” FK-sında çalışan mütəxəssis, klubun Premyer Liqaya yüksəlməsində pay sahibi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər