Menyu

UEFA “Qarabağ” – “Ayntraxt” oyunu öncəsi statistik göstəriciləri açıqladı

Operativ Media
UEFA “Qarabağ” – “Ayntraxt” oyunu öncəsi statistik göstəriciləri açıqladı

UEFA-nın rəsmi saytında Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində yanvarın 21-də keçiriləcək oyun öncəsi “Qarabağ”la bağlı əsas statistika və bir sıra maraqlı faktlar dərc olunub.

Operativ Media-nın məlumatına görə, UEFA komandalar arasında 2013/14 mövsümündə Avropa Liqasının seçmə mərhələsinin pley-offunda baş tutmuş əvvəlki qarşılaşmaları xatırladıb. Həmin duellərdə Frankfurt klubu ümumi hesabda qalib gəlib (2:0, 2:1). Bu görüşlər Almaniya təmsilçisinin Azərbaycan klublarına qarşı indiyədək keçirdiyi yeganə oyunlar olub.

Qeyd olunub ki, “Qarabağ” Almaniya klublarına qarşı keçirdiyi son 10 oyunda zəif nəticə göstərib — iki heç-heçə və səkkiz məğlubiyyət. Bununla belə, Ağdam təmsilçisi son beş ev Avropa oyununda ən azı iki qol vurmağı bacarıb.

“Ayntraxt”ın statistikasına gəlincə, Bundesliqa klubu son səkkiz UEFA oyunundan yalnız birində qələbə qazanıb (iki heç-heçə, beş məğlubiyyət). Frankfurt təmsilçisi son beş Avropa oyununda isə ümumiyyətlə qalib gələ bilməyib (bir heç-heçə, dörd məğlubiyyət). Həmçinin qeyd olunur ki, klub tarixində ardıcıl altı Avropa oyununda qələbə qazanmayıb.

Əlaqəli Xəbərlər