Menyu

"Qarabağ" bir gündə iki yoxlama oyununa çıxacaq

Operativ Media
"Qarabağ" bir gündə iki yoxlama oyununa çıxacaq

“Qarabağ” komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə hazırkı ölkə çempionu məlumat yayıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xotvatiya təmsilçisi “Osiyek” olacaq. “Köhlən atlar” ardınca Polşanın “Zaqlebye” klubu ilə üz-üzə gələcək.

Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni beş cavabsız qolla üstələyib.

Əlaqəli Xəbərlər