Menyu

"Ayaks" Zlatan İbrahimoviçin oğlunu transfer etdi

Operativ Media
"Ayaks" Zlatan İbrahimoviçin oğlunu transfer etdi

"Ayaks" "Milan"da çıxış edən 19 yaşlı hücumçu Maksimilian İbrahimoviçi icarəyə götürüb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi mövsümün sonunadək, yəni altı ay müddətinə nəzərdə tutulub. Razılaşmaya əsasən, “Ayaks” futbolçunu sonradan transfer etmək hüququna da malikdir.

Maksimilian İbrahimoviç (22 sentyabr 2006-cı il, Lund, İsveç) 2022-ci ildə “Hammarbi” klubunun akademiyasından “Milan”ın gənclər akademiyasına keçib. Son altı ay ərzində sağayaqlı futbolçu İtaliya D Seriyasında çıxış edən “Milan Futuro” – klubun ikinci komandasında forma geyinib.

Qeyd edək ki, Maksimilian İbrahimoviç Zlatan İbrahimoviçin oğludur.

Əlaqəli Xəbərlər