Super Liqa klubu "Mançester Siti"nin sabiq futbolçusunu transfer etdi
Operativ Media
Türkiyənin “Rizespor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Klub Belçikanın “Vesterlo” komandasında çıxış edən, “Mançester Siti”nin sabiq futbolçusu Adedire Mebudenin transferini rəsmiləşdirib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, tərəflər arasında 4,5 illik müqavilə imzalanıb. Keçid futbolçunun agenti Devid Mossun iştirakı ilə həyata keçirilib və bütün rəsmi sənədlər bu gün tamamlanıb.