Menyu

"Monako" Belçika millisinin üzvünü transfer edir

Operativ Media
"Monako" Belçika millisinin üzvünü transfer edir

Belçika millisinin üzvü və İngiltərənin “Lester” klubunda çıxış edən Vaut Fas karyerasını Fransada davam etdirməyə hazırlaşır.

Operativ Media xəbər verir ki, “Monako” 27 yaşlı mərkəz müdafiəçisini heyətinə icarə əsasında cəlb edib. Razılaşmada futbolçunun gələcəkdə tam transferinin həyata keçirilməsi ilə bağlı bənd də yer alıb.

Xatırladaq ki, Vaut Fas 2022-ci ildən etibarən “Lester”in formasını geyinirdi və komandanın əsas müdafiəçilərindən biri sayılırdı.

Əlaqəli Xəbərlər