"Roma" İngiltərə klubunun hücumçusu ilə razılıq əldə etdi
Operativ Media
“Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
İtaliya təmsilçisi “Aston Villa”da çıxış edən Doniell Malenin transferi ilə bağlı qarşı tərəflə şifahi razılıq əldə edib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Razılaşmaya əsasən, 24 yaşlı hücumçu 2 milyon funt sterlinq qarşılığında icarəyə götürüləcək.
Müqavilədə həmçinin Avropa kuboklarına vəsiqə ilə bağlı müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, 25 milyon funt sterlinqlik satınalma bəndinin məcburi qüvvəyə minəcəyi qeyd olunub.
Bildirilir ki, futbolçu artıq “Aston Villa” rəhbərliyindən icazə alıb və bu gün Romaya yollanacaq.