FİFA Rusiya klubuna transfer qadağası tətbiq etdi
Operativ Media
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) "Rostov" klubuna üç transfer pəncərəsi müddətində yeni oyunçuların qeydiyyatını qadağan edib.
Operativ Media xəbər verir ki, bu barədə təşkilatın saytı məlumat yayıb.
Qərarın səbəbi açıqlanmayıb.
Dekabrın 22-də "Rostov"un 5 milyard rubl borcu səbəbindən mövsümü buraxa biləcəyi bildirildi. Məlumata görə, klub rəhbərliyi komandanın qış təlim-məşq toplanışı xərclərini ödəməyib və oyunçuların maaşları sentyabr ayından bəri ödənilməyib.
"Rostov" qış fasiləsinə Rusiya Premyer Liqasının turnir cədvəlində 11-ci yerdən başlayıb. İspaniyalı Conatan Albanın rəhbərlik etdiyi komanda 18 oyundan 21 xal toplayıb.