Arbelao: "Real Madrid"də heç-heçə belə pis nəticə sayılır"
“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa İspaniya Kubokunun 1/8 final mərhələsində “Albasete”yə 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Operativ Media xəbər verir ki, mütəxəssis bildirib ki, bu cür nəticə klub üçün qəbuledilməzdir:
“Real Madrid"də heç-heçə belə pis nəticə sayılır, demək olar ki, faciədir. Belə bir məğlubiyyətdən sonra nə hiss etdiyimizi təsəvvür edə bilərsiniz. Bu, ağrılıdır və əminəm ki, bütün azarkeşlər, xüsusən də aşağı liqadan olan komandaya qarşı baş verəndə, ciddi şəkildə məyus olurlar. Biz inkişaf etməliyik”.
Arbeloa məğlubiyyətin məsuliyyətini üzərinə götürdüyünü də vurğulayıb:
“Əgər bu məğlubiyyətdə kimsə günahkardırsa, o da mənəm. Heyəti, oyunun gedişini və əvəzetmələrlə bağlı qərarları verən mən idim. İndi isə diqqətimizi şənbə günü keçiriləcək oyuna yönəltməliyik”.
Qeyd edək ki, bu qarşılaşma Madrid təmsilçisinin İspaniya Superkubokunda “Barselona”ya 2:3 hesablı məğlubiyyətindən sonra həftənin əvvəlində Xabi Alonsonu əvəz edən Alvaro Arbeloanın rəhbərliyi altında keçirdiyi ilk oyun olub.