Azərbaycan – Danimarka yoldaşlıq oyunlarına təyinatlar açıqlanıb
Operativ Media
Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq görüşlərini idarə edəcək hakimlərin adları müəyyənləşib.
Operativ Media federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, İlk qarşılaşma 22 yanvar tarixində Bakı İdman Sarayında baş tutacaq. Oyun saat 19:00-da start götürəcək. Görüşün hakimləri Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov olacaq.
Komandalar arasında ikinci yoldaşlıq oyunu isə 24 yanvarda eyni məkanda keçiriləcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Matçı Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov idarə edəcək.